Delimitasiya üzrə ikitərəfli komissiya yaxın zamanlarda görüşə bilər

delimitasiya-uzre-ikiterefli-komissiya-yaxin-zamanlarda-goruse-biler
Oxunma sayı: 1454

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya ilə bağlı müzakirələr davam edir”.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Əlbəttə, aprelin sonuna qədər həll yolu tapacağımıza ümid edirdik. Lakin deyə bilərəm ki, hazırda intensiv müzakirələr hələ davam etdirilir. İkitərəfli komissiyanın görüşünün yaxın zamanlarda baş tutmasına ümid var. Müzakirələr işçi qrupu ilə bağlı yanaşmalar barədədir. Lakin yekun cavabı hələ tapmadığımız digər məsələlər də var. Cavab tapılan kimi ictimaiyyətə açıqlama veriləcək və görüş baş tutacaq”, - deyə Qriqoryan söyləyib.