Məşhur Hollivud aktrisası Demi Murun həddindən artıq arıqlaması müxtəlif şayiələrə səbəb olub.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, 63 yaşlı aktrisa Los-Ancelesdə keçirilən “Actor Awards 2026” mükafatının təqdimetmə mərasimində görüntülənib.
Aktrisa qırmızı xalı üzərinə “Schiaparelli” brendinə məxsus geyimdə çıxıb. Lakin sosial şəbəkə istifadəçiləri aktrisanın geyimindən daha çox onun kəskin arıqlamasına diqqət yetiriblər.
“O, dəhşətli görünür”, “Ümid edirəm ki, o daha çox arıqladıqca, daha yaxşı göründüyünü düşünmür”, “Bu görünüş qeyri-təbiidir”, “Heç özünə bənzəmir”, “Yəqin ki, Los-Ancelesdə qida məhsulları bahadır”, - sosial şəbəkə istifadəçilərinin bəziləri ciddi, bəziləri isə zarafatla fikirlərini ifadə ediblər.
Bir çoxları isə Murun bu qədər arıqlamasına piylənmə əleyhinə preparatların və ya narkotik maddə qəbulunun səbəb ola biləcəyini qeyd ediblər.




Son xəbərlər
Son Xəbərlər