Dənizdə batma təhlükəsində olan 2 nəfər xilas edildi - Video

denizde-batma-tehlukesinde-olan-2-nefer-xilas-edildi
Oxunma sayı: 2106

Bu gün Nardaran qəsəbəsində 2 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həmçinin oxuyun: Признания армянских диверсантов... - Видео

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma təhlükəsində olan Bakı şəhər sakinləri 1995-ci il təvəllüdlü A.Axmedov və 1999-cu il təvəllüdlü E.Xələfov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.