Deputat icra başçısı ilə birgə şəhid ailələrini təbrik etdi - Fotolar

deputat-icra-bascisi-ile-birge-sehid-ailelerini-tebrik-etdi
Oxunma sayı: 5601

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı və millət vəkili Novruz bayramı münasibətilə şəhid ailələrini təbrik edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və millət vəkili Anar Məmmədov  Novruz Bayramı münasibətilə görüntülü olaraq telefonla şəhid ailələrini təbrik edib, bu bayramın Azərbaycan xalqının ən əziz bayramı olduğunu bildirib, şəhidlərimizi, onların ailə üzvlərini hər zaman diqqət mərkəzində saxlamağın və şəhid adını uca tutmağın hər bir kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıblar. 

Daha sonra şəhər rəhbəri və millət vəkili ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarına Tanrıdan rəhmət diləyiblər.

Nümayəndələr tərəfindən şəhid ailələrinə bayram hədiyyələri təqdim edilib və bildirilib ki, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.