Deputat oğlu özünü güllələdi - Post uğrunda mübarizə

deputat-oglu-ozunu-gulleledi
Oxunma sayı: 10304

Ermənistanda deputat oğlunun meyiti tapılıb. 

Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Verdevan Qriqoryanın oğlu yaşadığı evin zirzəmisində başından odlu silahdan açılmış atəşlə ölmüş vəziyyətdə aşkarlanıb. 

İyirmi iki yaşlı Arşak Qriqoryanın ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırma” və “qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, deputat Vardevan Qriqoryan Gümrünün meri postuna namizədliyini irəli sürüb.

Son vaxtlar Ermənistanda mer postu uğrunda gedən mübarizə gərginliyi ilə diqqət mərkəzindədir. Belə ki, bir neçə gün əvvəl də Eçmədzin meri postuna namizədlər arasında silahlı insindet yaşanmışdı. İndiki icra başçısı Karen Qriqoryanın avtomobili bu posta namizəd olan Artur Tumanyan tərəfindən atəşə tutulmuşdu.

***

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir ki, ilkin versiyaya görə, mer postuna namizəd Qriqoryanın oğlu intihar edib.