Naxçıvan MR Ali Məclisinin deputatı Nazim Bababəyli dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, 69 yaşlı Nazim Bababəyli xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan N.Bababəyli həm də müəllim kimi çalışırdı. O, görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Babayevin isə qardaşıdır.