Devid Kemeron Britaniyanın xarici işlər naziri təyin olundu

devid-kemeron-britaniyanin-xarici-isler-naziri-teyin-olundu
Oxunma sayı: 2791

Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kemeron ölkənin xarici işlər naziri təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Britaniya Baş nazirinin ofisi yayıb.

O bu vəzifədə Ceyms Kleverlini əvəz edəcək.

Xatırladaq ki, D.Kemeron 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri olub.