Fələstinlə bağlı çıxışından sonra istefaya göndərildi - Yeni təyinat

felestinle-bagli-cixisindan-sonra-istefaya-gonderildi
Oxunma sayı: 6939

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman istefaya göndərilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.

Bildirilir ki, Braverman Fələstinə dəstək məqsədilə keçirilən aksiyalar zamanı polisin fəaliyyətini tənqid edən məqalə ilə çıxış etdikdən sonra ölkənin Baş naziri Rişi Sunak onu istefaya göndərib. 

Məlumata görə, Sunak bu gün Nazirlər Kabinetinin tərkibində bir neçə dəyişikliyi elan etməyi planlaşdırır. 

***

Britaniyanın XİN rəhbəri Ceyms Kleverli ölkənin yeni daxili işlər naziri təyin edilib.

Fotoda Ceyms Kleverli