DİM-dən şagird və abituriyentlərə müraciət

dim-den-sagird-ve-abituriyentlere-muraciet
Oxunma sayı: 9450

Dövlət İmtahan Mərkəzi şagird və abituriyentlərə müraciət edib.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, şagird və abituriyentlər Mərkəzin nəşrlərini onlayn qaydada sifariş edib öz ünvanlarında əldə edə bilər.

DİM imtahan və tədris prosesində yaranmış fasilə müddətində şagirdlərin dərslərdən kənar qalmaması üçün Mərkəzin “Youtube” kanalı vasitəsilə “vizuallaşdırılmış dərs” və otk.az portalında onlayn sınaq imtahanı xidmətlərini təqdim edib. Hər iki xidmət ödənişsizdir.

Bundan əlavə, şagird və abituriyentlər tətil zamanı öyrəndikləri mövzular üzrə bilik səviyyələrini yoxlamaları üçün DİM-in nəşrləri olan “Abituriyent” jurnalının və onun əlavələrindən istifadə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi bu nəşrlərin onlayn sifariş sistemi vasitəsilə ünvana çatdırılmasını təmin edir.

Abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə jurnalın bütün saylarını və əlavələrini əldə edə bilərsiniz.  İstifadəçi almaq istədiyi nəşri seçib bank kartı vasitəsilə ödəniş edir. Daha sonra həmin nəşr “Abituriyent” jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə region və məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.

Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1,5 manatdır. 1 aprel tarixindən etibarən edilən sifarişlərdə ümumi məbləğ 20 manatdan çox olarsa, çatdırılma pulsuz olacaq.

Nəşrlərin çatdırılmasında ləngimə olarsa, (012) 489-02-59 nömrəsinə zəng edib və ya [email protected] ünvanına yazmaq olar.

“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (PDF formatında) isə buradan əldə etmək mümkündür.