Bakının Yasamal rayonunda kriminal həyat tərzi keçirən şəxslər arasında kütləvi dava baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun “Alatava” adlanan ərazisində 2 qrup arasında həmin bölgədə kriminal aləmdə “vəziyyət”ə nəzarət üstündə baş verən insident zamanı 1 nəfər ağır bıçaq xəsarəti alıb.
4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, hadisənin hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməməsi üçün onlar xəstəxanaya müraciət etməyiblər.
Hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra dərhal araşdırma başlanılıb.
Hazırda hadisə iştirakçıları arasında kriminal aləmdə “Vüsal Yasamal” kimi tanınan və bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsindən azad edilən şəxsin, həmçinin hadisənin digər iştirakçıları Qubadov Kamran Fəxrəddin oğlu, İbrahimov Davud Hacıağa oğlu və Mirəli adlı şəxslərin axtarışları polis əməkdaşları tərəfindən davam etdirilir.
***
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, avqustun 8-də saat 20:25 radələrində rayonun 1-ci Alatava küçəsində qonşular - 1969-cu il təvəllüdlü Bəhmənov Mirəli Mirəlövsət oğlunun orada yaşayan 1971-ci il təvəllüdlü Həmidov Ədalət Mirzətulla oğluna kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən M.Bəhmənov saxlanılıb. Onlar arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma davam edir.
Son xəbərlər
Son Xəbərlər