Dmitri Qluxovski 8 il müddətinə həbs edildi

dmitri-qluxovski-8-il-muddetine-hebs-edildi
Oxunma sayı: 2383

Daha əvvəl qiyabi 8 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı yazıçı Dmitri Qluxovskinin qanuni cəzası qüvvədə saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Moskva Şəhər Məhkəməsi yazıçının saxtakarlığa görə həbs hökmünü qanuni hesab edib.

Qeyd edək ki, o, “Metro 2033” və “Mətn” romanlarının müəllifidir. Qluxovski Rusiyada xarici media agenti kimi tanınır.