Doğum sayı azalıb, ölüm halı dəyişməyib

dogum-sayi-azalib-olum-hali-deyismeyib
Oxunma sayı: 322

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm halı dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.