Dönər qiymətinə görə Şoltsa etiraz - “Putinlə danış”

doner-qiymetine-gore-soltsa-etiraz
Oxunma sayı: 3767

Dönər qiymətləri ilə bağlı Almaniya kansleri Olaf Şoltsa qarşı etiraz aksiyası keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirə qarşı olan etiraz sosial mediada gündəmə gəlib.

Sosial mediada paylaşılan görüntülərdə Şoltsun Münhendəki görüşləri zamanı bir nəfər “Əziz Şolts, dönər 8 avrodur. Putinlə danış, dönər yenə 4 avro olsun”, deyib. 

Şolts qiymət artımına etiraz edən şəxsə gülümsədikdən sonra ofis maşınına əyləşərək ərazini tərk edib.