Xəbər verdiyimiz kimi, Xırdalanda 4 mərtəbəli binada partlayış baş verib.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, uçqun altında qalanlardan birinin adı Məharətdir. O, birinci mərtəbədə yaşayır. Üstünə beton lay aşıb, hələ ki, xilasedicilər onu dağıntılar altından çıxara bilməyiblər.
Qeyd edək ki, partlayışla bağlı FHN ilkin məlumat yayıb. Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.
***
Bu dəqiqələrdə dağıntılar altından 8-9 yaşlı Ayxan adlı uşaq çıxarılıb. O, xəstəxanaya aparıldı.
***
Üçüncü mərtəbədə yaşayan və uçqun altından çıxarılan ailənin də kimliyi məlum olub. Abdullayeva İfayəti xilas etmək hələ ki, mümkün olmasa da, qızları Firuzə və Aytac xilas edilərək xəstəxanaya aparılıb.
***
FHN Xırdalandakı partlayışla bağlı daha bir məlumat yayıb. “Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.
Hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.. Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər