Rusiya və Ukrayna arasında başlayan genişmiqyaslı müharibənin dördüncü ili tamam olur.
“Qafqazinfo” xəbər verir ki, 2022-ci il fevralın 24-də Rusiyanın “xüsusi hərbi əməliyyat” elan etməsi ilə başlayan münaqişə artıq müasir tarixin ən uzunmüddətli və qanlı müharibələrindən birinə çevrilib.
Ötən dörd il ərzində hər iki tərəf yüz minlərlə canlı qüvvə və texnika itkisi versə də, cəbhə xəttindəki gərginlik səngimək bilmir. Ukrayna ordusu Qərbdən aldığı hərbi-texniki dəstək sayəsində müqaviməti davam etdirir, Rusiya isə ələ keçirdiyi ərazilərdə mövqelərini qorumaqla yanaşı, yeni strateji nöqtələrə nəzarəti ələ keçirməyə çalışır.
Onu da bildirək ki, müharibənin geridə qalan dövrü bir neçə həlledici mərhələ ilə yadda qalıb. İlk il Rusiya ordusunun Kiyevə hücumu və gözlənilməz geri çəkilməsi, həmçinin Ukraynanın Xarkovətrafı əraziləri və Xersonu azad etməsi ilə xarakterizə olunubsa, sonrakı dövrlərdə döyüşlər daha çox “mövqe müharibəsi” formasına keçib.
2023-cü ildə Baxmutun süqutu və Ukraynanın əks-hücum cəhdləri, 2024-cü ildə isə Avdiivka və ətraf ərazilərdəki şiddətli toqquşmalar cəbhənin ümumi mənzərəsini formalaşdırıb. 2025-ci ildən etibarən isə müharibə dron texnologiyalarının və uzaqmənzilli raket zərbələrinin mütləq üstünlüyü altında davam edir.
Qeyd edək ki, hazırda dünya birliyi münaqişənin dondurulması və ya diplomatik həll yollarının tapılması üçün təzyiqləri artırsa da, tərəflərin şərtləri hələ də kəskin fərqlənir və bu, müharibənin daha uzun müddət davam edəcəyi proqnozlarını gücləndirir.
Ötən 4 il ərzində Ukrayna müharibəsindən lentə alınan görüntüləri təqdim edirik:












Son xəbərlər
Son Xəbərlər