“Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər bu illə müqayisədə 236 milyon manat çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2026-ci il üçün büdcə layihələrinin müzakirəsi zamanı deyib.
O, qeyd edilən xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 41,1 faiz olmasının nəzərdə tutulduğunu deyib.
Nazir son 7 ildə həmin istiqamətdə ayrılan vəsaitin həcminin 2,2 dəfə artdığını qeyd edib.
Bildirib ki, 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin də 4 milyard 873 milyon manat həcmində olması proqnozlaşdırılır. Həmin göstərici 2025-ci ilin proqnoz edilən göstəricisindən 121,2 milyon manat və ya 2,6 faiz çoxdur. Bu da son 7 ildə sosial müdafiə və sosial təminat istiqaməti üzrə ayrılan vəsaitin 2,1 dəfə artması deməkdir.
Son xəbərlər
Son Xəbərlər