DSMF-nin gəlirləri və xərcləri bərabər olacaq

dsmf-nin-gelirleri-ve-xercleri-beraber-olacaq
Oxunma sayı: 1004

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 919 860 000,0 manat olacaq.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Zaur Mirzə