Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün avtomobilini izdihamın üzərinə sürməsi nəticəsində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Düşüncələrimiz və dualarımız hadisənin qurbanları və onların ailələri ilədir. Biz terrorizmin bütün aktlarını, üsullarını birmənalı şəkildə pisləyirik”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, yanvarın 1-i baş verən hadisə zamanı 15 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb. ABŞ Federal Təhqiqatlar Bürosu insidenti terror aktı adlandırıb və hadisəni törədən şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər