Dubaydakı daşqında belə həyatda qaldı - Video

dubaydaki-dasqinda-bele-heyatda-qaldi
Oxunma sayı: 3348

Güclü yağışların təsirinə məruz qalan Dubayda bir pişiyin həyatda qalmaq üçün necə mübarizə apardığı barədə görüntülər sosial mediada gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, sudan xilas olmaq üçün avtomobilin qapısından asılı qalan pişik xilas edilib.

Sözügedən video bu başlıqla paylaşılıb:

“Dubayda bütün həyatlar önəmlidir”.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yağan leysan yağışlar ölkədə həyatı iflic edib.

Güclü yağış səbəbindən yollarda gölməçələr əmələ gəlib, nəqliyyat vasitələri yollarda qalıb.