Dünənki görüntülərindən sonra yenidən bu iddia ilə gündəmə gəldi

dunenki-goruntulerinden-sonra-yeniden-bu-iddia-ile-gundeme-geldi
Oxunma sayı: 5891

Həyat yoldaşı, aktrisa Neslihan Atagülə xəyanət etdiyi deyilən aktyor Kadir Doğulu barəsində daha bir iddia irəli sürülüb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alaçatıdakı restoranların birində sərxoş halda bir xanımla səmimi görüntülənən aktyorun uzun müddətdir baş hərfi “S” olan qadınla yaşadığı bildirilir.

İddialara görə, hər fürsətdə həyat yoldaşına aşiq olduğunu dilə gətirən Doğulu həmin qadın üçün ev alıb və kəbin də kəsdirib. Məlumatda o da bildirilir ki, bütün bunlardan Neslihanın da xəbəri var. Hətta qadını ailəsindən istəmək üçün elçi də gedib.

Qeyd edək ki, K. Doğulunun adı iki il öncə “Aşkın tarifi” serialında baş rolu paylaşdığı Serra Arıtürklə hallanmışdı. O zamanlar da Doğulunun Serra ilə kəbin kəsdirdiyi, hətta gənc aktrisanın hamilə olduğu iddia edilmiş, aktyor isə bu məlumatların əsassız olduğunu bildirmişdi.

Xatırladaq ki, Kadir Doğulu və Neslihan Atagül 7 ildir ki, evlidir. Onlar sonuncu dəfə “Gecenin ucunda” serialında baş rolu oynayıblar.