Mahmud Əhmədinejadın ölüm xəbəri yayıldı

mahmud-ehmedinejadin-olum-xeberi-yayildi
Oxunma sayı: 3908

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Tehrana aviazərbələr nəticəsində öldürüldüyü barədə məlumat yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İranın “ILNA” agentliyi yayıb. 

Bildirilib ki, o, Tehranın Narmak bölgəsinə endirilən zərbə zamanı həlak olub. 

Bununla belə, İranın rəsmi qurumları məlumatı hələ şərh etməyiblər. 

Əhmədinejadın qohumları isə onun ölüm xəbərini təkzib ediblər.

Xatırladaq ki, M.Əhmədinejad 2005-2013-cü illərdə İran prezidenti olub.