Dünyanın ən bahalı pendiri hərracda 30 min avroya satıldı

dunyanin-en-bahali-pendiri-herracda-30-min-avroya-satildi
Oxunma sayı: 3373

İspaniyanın şimalında istehsal olunan mavi pendir dünyanın ən bahalı pendirinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İndependent” nəşri xəbər yayıb.

Bu yaxınlarda “Los Puertos” fabrikində hazırlanmış 2,2 kq çəkisi olan pendir hərracda 30 min avroya satılıb. Pendir istehsalçıları bildiriblər ki, onların pendiri dəniz səviyyəsindən 1400 metr hündürlükdə, mağarada 7°C temperaturda hazır olub. İstehsalçının sözlərinə görə, pendir orada 8 ay qalıb.

Pendiri Asturiyada bir restoran sahibi alıb. İş adamının sözlərinə görə, o, pendir istehsalçılarının əməyini həqiqətən yüksək qiymətləndirdiyi üçün bu qiymətə pendir almağa hazır olub.

Qeyd edək ki, bundan əvvəlki Ginnes rekordu 2019-cu ildə həmin sahibkar tərəfindən müəyyən edilib. Həmin vaxt sahibkar pendir üçün 20,5 min avro verib.