Maltanın tarixi paytaxtı Valletta məşhur “Condé Nast Traveller” jurnalının təşkil etdiyi “Readers’ Choice Awards – 2025” sorğusunda Paris, Afina və Lissabon kimi məşhur turizm şəhərlərini geridə qoyaraq birinci yerə layiq görülüb.
“Qafqazinfo” xəbər verir ki, bu nəticə 182 mindən çox oxucunun verdiyi səslər əsasında müəyyən olunub.
Səyyahlar Valletta şəhərini mədəni irsi, unikal mətbəxi və səmimi qonaqpərvərliyi ilə digərlərindən fərqləndiriblər.
Cəmi bir kvadrat kilometrlik ərazidə yerləşən bu şəhər 97,33 balla reytinq cədvəlinin zirvəsinə yüksəlib. Barokko üslubunda inşa edilmiş saraylar, tarixi istehkamlar və dar daş küçələrə malik Valletta tez-tez “açıq hava muzeyi” adlandırılır.
Valletta şəhəri 16-cı əsrdə Osmanlı İmperiyasının mühasirəsindən sonra Malta Cəngavərləri tərəfindən salınıb. 1980-ci ildən isə UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.
Bu mükafat son illərdə Aralıq dənizi regionunda artan marağın və kiçik, lakin zəngin tarixə sahib şəhərlərin turizmdə önə çıxmasının göstəricisi kimi qiymətləndirilir.










Son xəbərlər
Son Xəbərlər