Dünyanın ən varlı aktrisası odur

dunyanin-en-varli-aktrisasi-odur
Oxunma sayı: 3421

“Forbes” jurnalı dünyanın ən zəngin aktrisasının adını açıqlayıb.

“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, jurnal Riz Uizerspunu dünyanın ən varlı aktrisası adlandırıb və onun sərvətini 440 milyon dollar qiymətləndirib.

“Qanuni sarışın” rolu ilə tanınan aktrisa 2021-ci ildə prodüser şirkəti olan “Hello Sunshine”ın əksər hissəsini 900 milyon dollara satıb. O, kino sənayesində yüksək maaş alan ulduzlardan biri olmaqla yanaşı, eyni zamanda, “Big Little Lies” və “The Morning Show” televiziya şoularını hazırlayır. “The Morning Show”nun on seriyadan ibarət üçüncü mövsümündə aktrisa 20 milyon dollar qazanıb.