Teleqramın qurucusu Pavel Durov 12 cinayətdə ittiham olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Paris prokurorluğunun saytında dərc olunmuş press-relizdə bildirilir.
Məlumata görə, ona qarşı iş iyulun 8-də Fransada açılıb və həbs müddəti avqustun 28-də başa çatır.
İttihamların bəziləri aşağıdakılardır:
- Mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə edilməsində iştirak;
- Hüquq-mühafizə orqanlarının tələbi ilə araşdırma üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina;
- Yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanması və yayılmasında iştirak;
- Narkotiklərin paylanmasında iştirak;
- Kibercinayətkarlıqda iştirak;
- Fırıldaqçılıqda iştirak;
- Ən azı 5 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət və ya cinayət törətmək məqsədilə icmada iştirak;
- Çirkli pulların yuyulması;
- Kriptoqrafik xidmətlərin və məxfilik vasitələrinin qanunsuz təqdim edilməsi.


Son xəbərlər
Son Xəbərlər