“Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib”

dusmenin-agderede-yerlesen-qerargahina-zerbe-endirilib
Oxunma sayı: 12410

“Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.