Duz gölünün yaxınlığında 3 əl qumbarası aşkar edildi

duz-golunun-yaxinliginda-3-el-qumbarasi-askar-edildi
Oxunma sayı: 1324

Noyabrın 21-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.

Faktla bağlı araşdırma aparılır.