İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad son sui-qəsd cəhdindən sonra sağdır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Iran International” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Əhmədinejadın zərər görmədiyi və təhlükəsiz yerə köçürüldüyü bildirilir.
Qeyd edək ki, martın 1-də Mahmud Əhmədinejadın Tehrana aviazərbələr nəticəsində öldürüldüyü barədə məlumatlar yayılıb. Sabiq prezidentin ətrafı isə bu xəbəri təkzib edib. 12 günlük müharibə zamanı da Əhmədinejadın küçədə açılan atəşlə qətlə yetirildiyi barədə xəbər yayılmışdı, lakin sonra bu xəbərin həqiqətə uyğun olmadığı müəyyənləşmişdi.
Xatırladaq ki, M.Əhmədinejad 2005-2013-cü illərdə İran prezidenti olub.
Son xəbərlər
Son Xəbərlər