Eks-sevgilisi türkiyəli aktyoru hoteldə öldürdü - Özü də intihar etdi

eks-sevgilisi-turkiyeli-aktyoru-hotelde-oldurdu
Oxunma sayı: 2025

Türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz Beşiktaşda məşhur hotellərdən birində ölü tapılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Şaşmaz keçmiş sevgilisi, 55 yaşlı model Filiz Aker tərəfindən öldürülüb. 43 yaşlı aktyoru belindən güllələyən model daha sonra öz başına atəş açaraq intihar edib.

Polisin ilkin ehtimalına görə, cütlük arasında mübahisə olub. Bu zaman Aker otağı tərk etmək istəyən aktyora 4 dəfə atəş açıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V. Şaşmaz “Çocuklar duymasın”, “Dudaktan kalbe” kimi məşhur seriallarda çəkilib.