Ekvadorda 6,9 bal gücündə zəlzələ - Ölənlər var

ekvadorda-69-bal-gucunde-zelzele
Oxunma sayı: 2795

Ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb.

Xəsarət alan insanların sayının 126-ya çatdığı, 13 nəfərin öldüyü bildirilir. 

Qeyd edək ki, 6,9 bal gücündə qeydə alınan təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.