“Əl-Ayn” klubunun baş məşqçisi istefa verdi

el-ayn-klubunun-bas-mesqcisi-istefa-verdi
Oxunma sayı: 1813

“Əl-Ayn” klubunun baş məşqçisi Sergey Rebrov vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri klubunun rəsmi tviter səhifəsi məlumat yayıb.

Bildirilib ki, Rebrovun tezliklə Ukrayna millisinin baş məşqçisi təyin olunması gözlənilir.

Qeyd edək ki, Sergey Rebrov 1992-2006-cı illərdə Ukrayna yığmasında çıxış edib. Keçmiş hücumçu millidə 75 oyuna 15 qol vurub.