“Əlavələrin artırılması üçün fundamental əsas olmalıdır”

elavelerin-artirilmasi-ucun-fundamental-esas-olmalidir
Oxunma sayı: 1628

“Əməkhaqqı sistemi ilbəil təkmilləşdirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə “İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, optimallaşdırma işləri görülür:

“Əmək bazarının şərtlərinə uyğunlaşma istiqamətində müəyyən işlər aparılır. Ümumilikdə, əlavələrin artırılması üçün fundamental əsas olmalıdır. Bunun maliyyə  yükü məsələsi var. İcbari Tibbi Sığorta Fondunun maliyyə imkanları nəzərə alınmalıdır. Fondun imkanlarını əməkhaqqı sistemi ilə uzlaşdırırıq.

Ölkə üzrə icbari sığortaya bu ildən keçid etmişik. İlin sonunda ölkə üzrə toplanmış statistik məlumatlara əsaslanaraq, hansısa əlavələrin artırılması, yaxud bəzi ixtisaslarda mövcud olmayan əlavələrin yeni sistemlə verilməsi istiqamətində tədbirlər görüləcək”.