Elçibəyin oğlu FHN-də işə düzəlməsi xəbərindən danışdı

elcibeyin-oglu-fhn-de-ise-duzelmesi-xeberinden-danisdi
Oxunma sayı: 6512


“Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?” "Qafqazinfo" xəbər verir ki, bunu modern.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.  

Onu təbrik edəndə isə “Bunu hansı saytlar yazıb? Siz nə danışırsınız?” - deyə əsəbi cavab verib. “Yeni işinizə nə vaxt başlayacaqsınız” sualına isə “ümumiyyətlə, heç nə danışmaq istəmirəm. Sağ olun!” – deyərək telefonunu söndürüb.

Qeyd edək ki, Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılıb.  

Ərturqut  Əliyevin dayısı Mirmöhsün Mahmudov isə saytlara açıqlamasında xəbəri təsdiqləyərək əlavə edib ki, Ərturqut FHN-də kurs keçir və 3 aydan sonra işlə təmin olunacağı gözlənilir.