Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ramana qəsəbəsində olub.
“Qafqazinfo” xəbər verir ki, o, bir neçə gün yağan intensiv yağışlar nəticəsində subasmadan zərər çəkmiş ərazilərə birbaşa baxış keçirib və orada yaşayan sakinlərlə görüşüb, həmçinin aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Görüş zamanı Eldar Əzizov sakinlərin problemlərini də dinləyib.
Sakinlər öz növbəsində görüşün təşkilinə görə minnətdarlıq ediblər.

Son xəbərlər
Son Xəbərlər