Milli Şuranın sədri Cəmil Həsənlinin bir neçə gün əvvvəl 75 illik yubileyini qeyd edən xalq şairi Vaqif Səmədoğlu ilə bağlı “Aktual.az” saytına açıqlaması qalmaqala səbəb olub.
Həmin açıqlamada Cəmil Həsənliyə məxsus “Söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil” cümləsi yer alsa da, daha sonra o, Şahvələd Çobanoğlu vasitəsi ilə dediklərini təkzib etdi.
Sonradan Cəmil Həsənli fikirlərinin təhrif olunduğu bildirsə də, bu, müzakirələrin sonlandırılmasına səbəb olmayıb.
“Qafqazinfo” həmin fikirlə bağlı müxalif cəbhədə olan bir neçə tanınmışın mövqeyini təqdim edir:
“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı: Ədəbiyyat adamı hər cür əclaflıq eləmək haqqı qazanırmış - sən elə yaxşı ki prezident-filan olmadın...
AXCP üzvü Seymur Həzi : Ədəbiyyat adamından vətəndaşlıq mövqeyi tələb etmək olar!
Müsavat Partiyasının Məclis üzvü Alya Yaqublu : Zaminin bir sözü xoşunuza gəlməyəndə qalan milyon sözünün üstündən xətt çəkib onu Eynullaya bənzədə bildinizsə, hakimiyətin qoçularını kimi davrandınızsa ona qarşı, sizinlə başqa nəsə danışmağa dəyməz əslində, amma yenə də deyim - Zamin Hacı bu ölkənin ən vicdanlı vətəndaşlarından və 3-5 ləyaqətli söz adamından biridi. Üstəlik, yazdığında da haqlıdı - bütün ölkələrdə cəmiyyətin əsas hərəkətverici qüvvəsi, necə deyərlər, fikir babaları, yön göstərənləri ziyalılardı. Cəmil bəyin dediyi də məhz buna görə kökündən səhvdi. Vətəndaş mövqeyi olmayan ziyalının yaradıcılığı heç bir dəyər yükü daşıya bilməz!
Milli Şuranın üzvü Şahvələd Çobanoğlu: Cəmil Həsənliyə zəng etdim. Bildirdi ki: “Mənim adımdan gedən “"Söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil" fikrinə görə kim məni qınayıbsa, onları gözəl başa düşürəm. Hamısına salamlarımı çatdırıram. Əslində, belə fikrə mən də etiraz edərdim. Mənə telefonla zəng etmişdi bir jurnalist və fikirlərimi səhv salıb. Necə olduğunu, niyə olduğunu bilmirəm. Mən elə bir sözü necə deyə bilərəm? Mən demişəm ki, bu gündə olan ölkənin ziyalısı kəfən geyməlidir. Bunu hamınız eşitmisiniz. Mən həmin müsahibədə demişəm ki, sənət adamının vətəndaş mövqeyi bildirməsi üçün imkanları başqalarından daha çoxdur. Vətəndaş necə vətəndaş mövqeyi bildirməyə bilər? Sənət adamı da vətəndaşdır. Üstəlik, bir daha deyirəm, bu işi görməkdə sənət adamının imkanı daha çoxdur və hətta məsuliyyəti də çoxdur. Hər cür tənqidinizə açığam, amma məcbur oldum izah verim ki, mənim gerçək fikrim necədir...”
Xədicə İsmayıl: Cəmil Həsənli o sözləri deməməklə çoxsaylı müsavatçıları məyus etdi. Qınayırıq. Həqiqət olan həm də budur ki, Cəmil Həsənli Yazıçılar Birliyindən istefa verməyənə, mövqesiz ziyalıları tənqid etməyənə qədər ondan bu sözləri gözləyənlər olacaq.
Müsavatçı Elman Fəttah: Xədicə xanım, Yazan Zamin Hacı idi, cavab verən Cəbhəçilər hucuma məruz qalan isə Müsavat. biz sadəcə bunu vurğuladıq. Hücumçulara dəstək sizdən gələndə də sevincimizi izhar etdik, o qədər)) bunu yazmışdım: "Zamin Hacı bir status yazıb, Rejimdən yallananı tənqid etməməyi tənqid edib. Cəbhəçilərdə yığışıb Müsavata hucum ediblər. Belə çox gülməli."
Son xəbərlər
Son Xəbərlər