Elxan Qasımov oğlunun yanında dəfn olundu

elxan-qasimov-oglunun-yaninda-defn-olundu
Oxunma sayı: 4285

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımov dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, o, Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailəsi ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.

Xatırladaq ki, vəfatından əvvəl reanimasiyada olan Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub. Əməkdar artistin müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilib.