Elxan Usubov “Yay Düşərgəsi”ndə iştirak edən məşqçi və gimnastlarla görüşdü - Fotolar

elxan-usubov-yay-dusergesinde-istirak-eden-mesqci-ve-gimnastlarla-gorusdu
Oxunma sayı: 1376

Bu gün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəki Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışında iştirak edən Azərbaycan Boccia Federasiyasının atletləri, həmçinin, Azərbaycan Gimnastika Federasiyasına üzv olan “Ocaq Sport“ Klubunun təşkil etdiyi “Yay Düşərgəsi”ndə iştirak edən məşqçi və gimnastlardan ibarət heyətlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Boccia Federasiyasının Niderlandın Veldhoven şəhərində baş tutacaq "2022 Veldhoven Dünya Boccia Çempionatı"nda iştirak edəcək atletləri 27 iyun - 11 iyul tarixlərində Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edirlər.

Yığmanın 7 idmançısı daxil olmaqla 20 nəfərlik heyət gündə iki dəfə məşq edir. Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun rəhbərliyi altında təlim-məşq toplanışı yarışdan öncə atletlərin həm fiziki güclərinin artırılması, həm də motivasiya məqsədi ilə təşkil olunub.

Qeyd edək ki, “Boccia” idman növü fiziki məhdudiyyətli insanların inkişafında önəmli rol oynayır.

 “Ocaq Sport” Klubu 2013-cü ilin 24 oktyabr tarixində yaradılıb. Klubda Beynəlxalq Gimnastika Federasiyasının proqramına daxil olan gimnastikanın 6 yarış növü - bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika, aerobika gimnastikası üzrə bölmələr və qeyri yarış növü olan gimnastika hamı üçün bölməsi fəaliyyət göstərir. “Ocaq Sport” Klubunun yetirmələri beynəlxalq yarışlarda uğurla çıxış edirlər.