“Əmək haqları, pensiyalar yenidən artırılmalıdır”

emek-haqlari-pensiyalar-yeniden-artirilmalidir
Oxunma sayı: 8763

“Biz 6,9 % inflyasiya proqnozlaşdırılanda bunun real olmadığını bildirmişdik. İndi isə 4,4 % proqnozlaşdırılıb, bunun da real olmadığını qeyd edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisdə keçirilən komitə iclasında bildirib.

Deputat vurğulayıb ki, qiymətlər sürətlə artır və qiymətlərin sürətlə artması bir sıra sosial göstəricilərə illik baxmağı deyil, rüblük baxmağı tələb edir: “Qiymətlər hər gün, hər həftə artır. Gələn ildən inflyasiyanın artması proqnozu ötəcək.

Ona görə yenidən əmək haqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsi vacibdir”.

Zaur Mirzə