“Əmək müqaviləsi olmadan işləyənləri biz necə tapaq?”

emek-muqavilesi-olmadan-isleyenleri-biz-nece-tapaq
Oxunma sayı: 3490

“2019-cu ilin dekabr ayında 90 min qeydiyyatdan keçən işsiz var idi. Amma Dövlət Statistika Komitəsi ölkədə 250 min nəfər işsiz olduğunu bildirmişdi. Biz bunu nəzərə aldıq”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. 

O bildirib ki, yanvarın əvvəlində işsiz vətəndaşların sayı 101 mini keçib: “Əmək müqaviləsi çox önəmlidir. İstəyirik vətəndaşlar bunu bir daha dərk etsin. Bu gün 690 min əmək müqaviləsi ilə işləyən var, dövlət onları qoruya bilir. Amma əmək müqaviləsi olmadan işləyənləri biz necə tapaq? Hansı sahibkardan bunu tələb edək? Əmək müqaviləsi olmadan işləyənlər işsiz kimi qeydiyyata düşdükdən sonra onların və ailə üzvlərinin dövlətdən sosial müavinət alıb-almadığına baxacağıq.

Pandemiya ilə bağlı dəstək planı elan olunduqdan sonra 30 min əmək müqaviləsi bağlanıb. Dövlət elan etdi ki, buna görə sahibkarlara dəstək olacaq. Həm də rəsmi formada icazə almaq mexanizminə görə müqavilələr rəsmiləşdirildi”.

Murad Əhməd