Teleaparıcı Emin Musəvi , Latviyanın Riqa şəhərində “Azərbaycan” adlı restoran açmasından danışıb.
“Qafqazinfo”ya açıqlamasında telejurnalist bildirib ki, yarım ildir fəaliyyət göstərən restoranda müştərilərə milli yeməklər təqdim olunur:
“Yarım ilə yaxındır ki, Latviyanın Riqa şəhərində “Azərbaycan” adlı restoran işlədirəm. Burada “Emco Latviya” adlı Latviyada şirkət də açmışam. Eyni adlı şirkət PR və menecer üzrə Azərbaycanda artıq 6 ildir fəaliyyət göstərir. Restoranda milli mətbəximiz təklif olunur. Bura mənim üçün çox doğmadır. Mətbəxt də mədəniyyətin bir növüdür. Çox maraqlıdır ki, Latviyada mənim və şirkətimin neçə ildir ki, işbirliyi var. Məsəl üçün Latviya günləri keçiriləndə “Emco” şirkətim günlərin mədəniyyət və iqtisadiyyat tərəfinin hazırlanmasında, PR və Media üzrə böyük rol oynayıb. Kütləvi informasiya vasitələrində işıqlanması bizim şirkətə aid idi. Latviyanın prezidenti Azərbaycana gələndə kütləvi informasiya vasitələrində biz şirkət olaraq xidmət göstərirdik. Hətta eksklüzvlər Latviyanın dövlət başçısı ilə bizim şirkət tərəfindən təqdim olunurdu. Baş nazir gələndə bizim şirkət Latviyaya foto görüntülər, press-reliz göndərirdi. Latviya ilə birgə filmlər çəkmişik. Latviyanın xaricdəki piarına görə dövlət tərəfindən mənə fəxri diplom verilib”.
Musəvi restoranı bir milyon dollara almasına münasibət bildirib:
“Məndə sual yaranır ki, Azərbaycanda biz jurnalistlər, redaktorlar niyə söhbət puldan gedəndə sensasiya yaradırıq. Başa düşürəm ki, xəbərin oxunmasını istəyirik. Düşünmürük ki, bəlkə bu dezinformasiyadır. Bu restoranın qiyməti absurd məsələdir. Niyə bu pul məsələsi bizi dirildir. Axı bizim başqa dəyərlərimiz var. Biz Latviya ilə ictimai və rəsmi səviyyədə işlər görəndə kimsə bu haqda yazmır. Kimsə özündən hansısa rəqəmi uydurdu və bu sensasiyaya çevrildi. Təklif edirəm ki, gəlin daha mehriban olaq, bir-birimizə daha müsbət yanaşaq”.
Könül
Son xəbərlər
Son Xəbərlər