Ən hörmətli kişi...

en-hormetli-kisi
Oxunma sayı: 1789


ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Qellap Xidməti yayıb. Barak Obamanın bu nominasiyada 6-cı ildir ki, liderlik etməsinə baxmayaraq sorğu nəticəsində məlum olub ki, onun reytinqi 2012-ci ilə nisbətən 30 faizdən 16 faizə düşüb. Hillari Klinton da bu nominasiyanı artıq 12-ci ildir ki, özündə saxlaya bilib. Kişilər arasında 2-ci yer ABŞ-ın eks prezidenti Corc Buşa (oğul) və Roma Papası Fransiskə verilib. 3-cü yer isə eks prezident Bill Klintona qismət olub. Qadınlarda isə 2-ci yer ABŞ-ın məşhur teleaparıcısı Opra Uinfriyə verilib. Dünyanın “ən hörmətli qadını” nominasiyasının 3-cü qalıbı ABŞ-ın 1-ci ledisi Mişel Obama olub. 
Xatırladaq ki, sorğu 1000 nəfərə yaxın ABŞ vətəndaşı arasında keçirilib.