Ərdoğan bu gün liderlərlə danışmağı planlayır

erdogan-bu-gun-liderlerle-danismagi-planlayir
Oxunma sayı: 3325

Türkiyədə prezident seçkilərində yenidən qalib gələn Rəcəb Tayyib Ərdoğan bu gün bir neçə həmkarı ilə telefonla danışacaq.

“Qafqazinfo” “A haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlayıb.

Onun sözlərinə görə, bu axşam Ərdoğanla ABŞ lideri Co Bayden arasında telefon danışığı baş tutacaq: “Sadəcə Baydenlə deyil, Fransa, İspaniya və bir çox ölkələrin liderləri ilə telefon danışığı olacaq”.

Kalın, həmçinin qeyd edib ki, Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında söhbət planlaşdırılsa da, dəqiq tarix məlum deyil.