Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan builki Ramazan ayının ilk iftarında şəhid ailələri ilə görüşüb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə lideri hər Ramazanda olduğu kimi bu il də ilk iftarı şəhid ailələri ilə birgə edib.
Mərasim prezident iqamətgahında baş tutub.
“Şəhidlərimizin yaxınları və qazilərimiz millətimizin bizə əmanətidir. Hər məsələdə onların yanlarında olmaq borcumuzdur”, - deyə Ərdoğan qeyd edib.