Ərdoğan İlham Əliyevin təbrikindən danışdı

erdogan-ilham-eliyevin-tebrikinden-danisdi
Oxunma sayı: 6245

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qalib gələn Rəcəb Tayyib Ərdoğan Kısıklıda xalqa müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan çıxışında xalqa öz təşəkkürlərini ifadə edib.

O, bununla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla digər həmkarlarından təbrik mesajları və zəngləri aldığını qeyd edib: “Hazırda xarici ölkələrin liderləri zəng edərək təbrik edir. Bir az əvvəl Azərbaycan Prezidenti İlham Əliyev zəng etdi. Bundan əlavə, Özbəkistan lideri Şavkat Mirziyoyev də zəng edib. Hər kəs ard-arda təbrik edir. Həmçinin Qətər və Liviyadan da təbriklər gəldi”.

Türkiyə mediası və əksər televiziya kanalları İlham Əliyevin Ərdoğanı təbrik etməsi xəbərinə geniş yer verib və bu təbrik xüsusi vurğulanıb.