Ərdoğan Kurtulmuşu təbrik etdi

erdogan-kurtulmusu-tebrik-etdi
Oxunma sayı: 2201

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin yeni sədri Numan Kurtulmuşu təbrik edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Kurtulmuş Ərdoğanı ofisində ziyarət edib.

Görüşdən sonra Türkiyə Prezidenti TBMM-nin yeni sədri ilə bağlı paylaşım edib.

"Türkiyə Böyük Millət Məclisinin sədri seçilən cənab Numan Kurtulmuşu təbrik edir, vəzifəsində uğurlar arzulayıram. Seçildikdən sonra bizi ziyarət etdiyi üçün ona təşəkkür edirəm”, - deyə Ərdoğan bildirib.