Ərdoğan Stoltenberqlə bu məsələləri müzakirə etdi

erdogan-stoltenberqle-bu-meseleleri-muzakire-etdi
Oxunma sayı: 1226

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq əsnasında Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi  müzakirə edilib.

Danışıq zamanı Ərdoğan Finlandiyanın bu prosesdə tutduğu mövqe ilə İsveçdən fərqləndiyini bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, İsveçlə danışıqları müsbət istiqamətdə aparmaq lazımdır.