Ərdoğan zəlzələ bölgəsinə gedəcək

erdogan-zelzele-bolgesine-gedecek
Oxunma sayı: 2355

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələ bölgəsinə gedəcək.

“Qafqazinfo” xəbər verir ki, Prezident Ərdoğan bu haqda zəlzələdə həlak olan Adıyaman millət vəkili Yakup Taşın ailəsi ilə telefon danışığı zamanı məlumat verib.

Yakup Taşın ailəsinə başsağlığı verən Ərdoğan bölgəyə səfər edəcəyini bildirib:

“Başsağlığı diləyirəm, Allah səbr versin. İnşallah bölgəni ziyarət edəcəm. Adıyamana da baş çəkəcəm. Allah köməyimiz olsun. Səhər ziyarətə başlayacağam”.