Ərdoğanla Zelenski bu tarixdə görüşəcəklər

erdoganla-zelenski-bu-tarixde-gorusecekler
Oxunma sayı: 1403

Ukrayna Prezidenti Vladimir Zelenski sabah Kiyevdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb. “Fevralın 3-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə ölkəmizdə rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək”, - məlumatda deyilir.

Daha əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri zamanı Türkiyə ilə azad ticarət zonası haqqında sazişin imzalanmasının planlaşdırıldığını bildirmişdi. İşgüzar əməkdaşlığın genişləndirilməsi üçün də danışıqların aparılması nəzərdə tutulur.

Eyni zamanda məlumata görə, bu görüşdən sonra Türkiyə və Ukrayna nümayəndə heyətləri razılaşdırılmış məsələlər üzrə bir sıra sazişlər və anlaşma memorandumları bağlayacaqlar. Bu sazişlər müdafiə sahəsinə aid olacaq.

Görüş Kiyevdə, Mariinski sarayında keçiriləcək.