Ərəb klubunun Ramosa təklif etdiyi məbləğ

ereb-klubunun-ramosa-teklif-etdiyi-mebleg
Oxunma sayı: 2936

"Əl-Hilal" PSJ-nin futbolçusu Serxio Ramosa yeni təklif göndərib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. 

Səudiyyə Ərəbistanı təmsilçisi 37 yaşlı müdafiəçiyə illik 30 milyon avro maaş təklif edib. Amma bu, yalnız başlanğıcdır. O, klubla razılaşarsa, qarşıdakı müddətdə gəliri illik 50 milyon avroya artacaq.

Hazırda ispaniyalı PSJ- də illik 10 milyon avrodan az qazanır. Parislilər yeni müqavilə ilə bağlı danışıqlar apararkən maaşları azaltmağa çalışacaqlar.

Qeyd edək ki, bu mövsüm Ramos Liqa 1-də 24 oyun keçirib.