“Ərim məni döyüb”

erim-meni-doyub
Oxunma sayı: 1263

Türkiyəli müğənni və aktrisa Yıldız Asyalı həyat yoldaşı Mustafa Semih Demirci tərəfindən döyülüb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib.

Y. Asyalı üzündə və bədənindəki izləri paylaşaraq bu sözləri yazıb: “Ərim tərəfindən döyüldüm”. 

Aktrisanın bu paylaşımı isə geniş müzakirələrə səbəb olub. O, həmçinin instaqram hekayələrində evlilikdə kişi-qadın münasibətləri ilə bağlı videolar paylaşıb. 

Qeyd edək ki, Yıldız və iş adamı olan Mustafa bu ilin mayında ailə qurub. 

Xatırladaq ki, Yıldız Asyalının ilk evliliyi 2015-ci ildə olub. O, Emre Vatanseverlə 2 il evli qalıb. Onların Ayşe Mira adlı bir qızı var. Aktrisa 2020-ci ildə rejissor Kerem Saka ilə evlənib. Lakin bu evlilik də qısa müddətdə sonlanıb. 

Xatırladaq ki, Y.Asyalı 2003-cü ildə çəkilən “Hayat bilgisi” serialında “Rüya” obrazı ilə məşhurlaşıb.